|
“SMS Servis” şirkəti mobil marketinq bazarında 2007-ci ildən işləyir, bazarda lider olan mobil operator – Azercell-in kontetn və servis-provayderidir.
Şirkətin fəaliyyətinin əsas istiqamətləri: - Mobil məzmunun hazırlanması və yayımı (mediakontent – şəkillər və musiqi parçaları, mobil telefonlar üçün java-oyunlar, informasiya-əyləncəli xidmətlər, WAP-xidmətlər.); - SMS-xidmətlərinin və SMS-layihələrinin hazırlanması, texniki və abunə dəstəyi (iri mediainteqrasiyalı layihələrin keçirilməsi); - Televiziya, qəzet və jurnallar, web-saytlar və radio üçün interaktiv SMS-həllər; - Müxtəlif SMS-aksiyaların, sorğuların və səsvermələrinin, SMS-viktorinlərin, oyunların və müsabiqələrinin təşkili və keçiriliməsi. - Korporativ SMS-həllər (SMS-xəbərdarlıqlar, bildirişlər və digər); - Mobil marketinq (müştərinin strateji və marketinq məqsədlərini və biznesin spesifik xüsusiyyətlərini nəzərə alan müxtəlif interaktiv reklam və promo aksiyalarının təşkili və keçirilməsi).
İki illik qüsursuz işi ilə şirkət bir çox xarici və Azərbaycan partnyorların etibarını qazanıb. SMS Servis şirkəti Samsung Fun Club-un xidmətlərinin Azərbaycan ərazisində eksklyuziv təmsilçisidir. "SMS Servis"-in partnyorları arasında mobil telefon mağazalar şəbəkəsi “Telefon” (Azərbaycan), “İ-free” (Rusiya), NOMOC Publishing (Ukraina) kimi şirkətlər və iri kütləvi informasiya vasitələri: qəzetlər, jurnallar, televiziya kanalları, web-saytlar və web-portallardır.
Biz, istənilən SMS-layihə və xidmətlər üçün nəzərdə tutulan, nahəng proqram-aparat kompleksi yaratmışıq. Şirkətin həmçinin SMS-viktorinlər, SMS-səsvermələr, SMS-bildirişlər kimi hazır xidmətləridə var.
|